12 aprel 2026. Bazar günü

"Rosenyorun "Çelsi"də uğur qazanması üçün vaxta ehtiyacı var"


"Rosenyorun "Çelsi"də uğur qazanması üçün vaxta ehtiyacı var"

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Moyses Kaysedo komandanın baş məşqçisi Liam Rosenyor barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, futbolçu bildirib ki, mütəxəssis “Çelsi”də uğur qazana bilər, lakin buna vaxt lazımdır:

“Mən düşünürəm ki, o, “Çelsi”də uğur əldə edəcək, amma ona zaman lazımdır, çünki o, mövsümün ortasında gəlib. Hər üç gündən bir oyun oynadığımız üçün məşqə çox vaxt qalmır, biz yalnız bərpa olunuruq və yenidən oynayırıq. Buna görə də onun ideyalarına uyğunlaşmaq üçün vaxt lazımdır. Məncə, mövsümöncəsi hazırlıq hamı üçün vacib olacaq ki, məşqçinin nə istədiyini tam anlaya bilək”, – deyə Kaysedo bildirib.

Qeyd edək ki, Liam Rosenyor bu ilin yanvarında “Çelsi”nin baş məşqçisi təyin olunub. Hazırda London klubu İngiltərə Premyer Liqasında 48 xalla 6-cı pillədə qərarlaşıb.







İngiltərə P.L.

“İndi özünü göstərməlidir”
  • İngiltərə P.L.
  • 17:30 12.04.2026
“İndi özünü göstərməlidir”