- İngiltərə P.L.
- 19:22 12.04.2026
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta vəzifəsindən ayrıla bilər.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, London təmsilçisi İngiltərə Premyer Liqasını və ya UEFA Çempionlar Liqasını qazana bilməsə, Artetanın gələcəyi sual altına düşəcək.
Klub rəhbərliyində yaranan narahatlıq bir neçə mövsüm ərzində edilən böyük maliyyə yatırımlarına baxmayaraq komandanın ciddi titullar qazana bilməməsi ilə əlaqələndirilir.
Məlumata əsasən, rəhbərlik artıq mümkün əvəzləyici variantı da nəzərdən keçirir. Artetanı İtaliyanın “Komo” klubuna rəhbərlik edən Sesk Fabreqasın əvəz edə biləcəyi bildirilir. Onun komandası hazırda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Onun klubla mövcud müqaviləsi 2027-ci il iyunun 20-nə qədər qüvvədədir.