12 aprel 2026. Bazar günü

“Tottenhem” səfərdə “Sanderlend"ə uduzdu


“Tottenhem” səfərdə “Sanderlend"ə uduzdu

İngiltərə Premyer Liqasının 32-ci turunda “Sanderlend” öz meydanında “Tottenhem”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Stadium of Light” stadionunda baş tutan matçda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.

Qarşılaşmanı baş hakim Robert Cons idarə edib.

Matçda yeganə qolu 61-ci dəqiqədə Nori Mukiele vurub və “Sanderlend”ə vacib qələbə qazandırıb.

Bu nəticədən sonra “Sanderlend” 46 xalla turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. “Tottenhem” isə 30 xalla 18-ci sırada qərarlaşıb.

Növbəti turda “Sanderlend” 19 apreldə səfərdə “Aston Villa” ilə qarşılaşacaq, “Tottenhem” isə 18 apreldə “Brayton”u qəbul edəcək.







İngiltərə P.L.

“İndi özünü göstərməlidir”
  • İngiltərə P.L.
  • 17:30 12.04.2026
“İndi özünü göstərməlidir”