12 aprel 2026. Bazar günü

“Nyukasl” səfərdə “Kristal Pelas”la bacarmadı


“Nyukasl” səfərdə “Kristal Pelas”la bacarmadı

İngiltərə Premyer Liqasının 32-ci turunda “Kristal Pelas” öz meydanında “Nyukasl”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, oyunda meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb.

Qonaqlar ilk hissəni üstünlükdə başa vurublar və 43-cü dəqiqədə hesabı açıblar. Qol Uilyam Osulanın aktivinə yazılıb, ötürməni isə Lyuis Mayli edib.

İkinci hissədə “Kristal Pelas” daha fəal oyun nümayiş etdirib və hücumları artırıb. 80-ci dəqiqədə Jan-Filipp Mateta hesabı bərabərləşdirib.

Əlavə olunmuş vaxtda Mateta ikinci qolunu vuraraq komandasına çətin qələbə qazandırıb.

Bu nəticədən sonra “Kristal Pelas” 42 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Nyukasl” da 42 xalla 14-cü sıradadır.







İngiltərə P.L.

“İndi özünü göstərməlidir”
  • İngiltərə P.L.
  • 17:30 12.04.2026
“İndi özünü göstərməlidir”