- İngiltərə P.L.
- 22:35 12.04.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 32-ci turunda “Çelsi” öz meydanında “Mançester Siti” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matç Londonun “Stemford Bric” stadionunda keçirilib. Qarşılaşmanı baş hakim Kris Kavana idarə edib.
Hesab ikinci hissədə açılıb. 51-ci dəqiqədə Niko O’Rayli “Mançester Siti”ni önə keçirib. 57-ci dəqiqədə Mark Gehi fərqi iki topa çatdırıb. 68-ci dəqiqədə isə Jeremi Doku komandasının üçüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra “Çelsi” 48 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Mançester Siti” isə 64 xalla ikinci sırada yer alır və lider “Arsenal”dan 6 xal geri qalır, lakin bir oyunu ehtiyatdadır.
Növbəti turda “Çelsi” 18 apreldə “Mançester Yunayted”lə qarşılaşacaq, “Mançester Siti” isə 19 apreldə “Arsenal”la üz-üzə gələcək.