12 aprel 2026. Bazar günü

"Məğlubiyyətə layiq deyildik"


"Məğlubiyyətə layiq deyildik"

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Roberto De Zerbi “Sanderlend”lə oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, komandası yaxşı oyun nümayiş etdirsə də, bu qələbə üçün kifayət etməyib:

“Düşünürəm ki, yaxşı oynadıq, amma bu, qalib gəlmək üçün yetərli olmadı. Məğlubiyyətə layiq deyildik, lakin bunu qəbul edib irəli baxmalıyıq”.

O əlavə edib ki, komanda hazırda çətin dövr yaşayır: “Yaxşı oyun göstərsək də, hazırda əziyyət çəkirik. Daha güclü olmalıyıq, bu vəziyyətdən çıxmaq üçün keyfiyyətimiz var. Nəticəyə və Romeronun zədəsinə görə üzgünəm. Ümid edirəm ki, ciddi deyil”.

Baş məşqçi hücum xəttində reallaşdırılmayan imkanlara da toxunub: “3-4 real qol şansımız oldu. Oyun üslubumuz üzərində işləməliyik. İrəli baxmaq lazımdır”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 32-ci turunda “Tottenhem” səfərdə “Sanderlend”ə 0:1 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra “Tottenhem” 30 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və aşağı liqa zonasına düşüb. “Sanderlend” isə 46 xalla 10-cu yerdədir.







İngiltərə P.L.

"Məğlubiyyətə layiq deyildik"
  • İngiltərə P.L.
  • 22:05 12.04.2026
"Məğlubiyyətə layiq deyildik"
“İndi özünü göstərməlidir”
  • İngiltərə P.L.
  • 17:30 12.04.2026
“İndi özünü göstərməlidir”