- İngiltərə P.L.
- 22:35 12.04.2026
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında “Arsenal”la çempionluq mübarizəsi barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, London təmsilçisi son illərdə yüksək səviyyəli çıxışı ilə seçilir və güclü rəqibdir: “Biz elə bir komanda ilə qarşılaşacağıq ki, 49 oyunda cəmi üç dəfə məğlub olub, Çempionlar Liqasında isə uduzmayıb. Onları məğlub etmək çox çətindir”.
Qvardiola əlavə edib ki, qarşıda böyük və çətin oyun gözlənilir: “Onlar həm İngiltərədə, həm də Avropada ən güclü komandalar sırasında olublar. Bir dəfə qalib gəlmək çətindirsə, bir neçə həftə ərzində bunu təkrarlamaq daha da çətindir”.
O, azarkeşlərə də çağırış edib: “Azarkeşlərimizdən xahişim odur ki, ‘Arsenal’a hörmətlə yanaşsınlar və bizi ilk dəqiqədən dəstəkləsinlər”.
Qeyd edək ki, “Mançester Siti” 19 apreldə Premyer Liqa çərçivəsində “Arsenal”ı qəbul edəcək.