13 aprel 2026. Bazar ertəsi

Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazandı


Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazandı

“Arsenal” klubunun sabiq futbolçusu Cek Uilşir “Luton Taun”un baş məşqçisi kimi ilk titulunu qazanıb.

90deqiqe.Az xəbər verir ki, son həftəsonu onun komandası İngiltərə Liqa Kubokunda (“EFL Trophy”) finalda “Stokport Kaunti” klubunu 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub və ilk kubokunu qazanıb.

Hazırda “Luton Taun”un qarşısında əsas məqsəd turnir cədvəlində 6 xallıq fərqi aradan qaldırmaq və yüksəlmə pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Bu isə komandanın Çempionşipə yüksəlməsi üçün şans yarada bilər.

2022-ci ildə futbolçu karyerasını başa vuran Uilşir məşqçilik fəaliyyətinə “Arsenal”ın gənclər komandasında başlayıb. Daha sonra o, 2024-cü ildə “Norviç” klubuna keçib, ötən il isə İngiltərə üçüncü divizionunda çıxış edən “Luton Taun”a baş məşqçi təyin olunub.







İngiltərə P.L.

“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”
"Məğlubiyyətə layiq deyildik"
  • İngiltərə P.L.
  • 22:05 12.04.2026
"Məğlubiyyətə layiq deyildik"