13 aprel 2026. Bazar ertəsi

“Ayrıldıqdan sonra da “Mançester Yunayted” azarkeşi olacağam”


“Ayrıldıqdan sonra da “Mançester Yunayted” azarkeşi olacağam”

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Kazemiro klubdan ayrıldıqdan sonra da komandanı izləməyə davam edəcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi İngiltərə mətbuatına açıqlamasında deyib:

“Əlbəttə, mən həmişə “Mançester Yunayted”in oyunlarını izləyəcəyəm və klubu izləməyə davam edəcəyəm. Daha əvvəl də dediyim kimi, ayrıldığım gündən etibarən “Mançester Yunayted”in bir azarkeşi də mən olacağam”.

Braziliyalı futbolçu gələn yay “qırmızı şeytanlar”dan ayrılacaq. Onun başa çatan müqaviləsinin yenilənməyəcəyi barədə məlumat yanvar ayında açıqlanmışdı.

Kazemiro 2022-ci ilin avqustundan “Mançester Yunayted”də çıxış edir. O, klubun heyətində ümumilikdə 155 oyuna çıxıb, 24 qol vurub və 14 məhsuldar ötürmə verib.







İngiltərə P.L.

“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”
"Məğlubiyyətə layiq deyildik"
  • İngiltərə P.L.
  • 22:05 12.04.2026
"Məğlubiyyətə layiq deyildik"