13 aprel 2026. Bazar ertəsi

“Arsenal" hələ də çempion ola bilər”


“Arsenal" hələ də çempion ola bilər”

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Qari Nevill Premyer Liqada çempionluq yarışına dair fikirlərini bölüşüb.

 90deqiqe.Az-ın məlumatına görə, sabiq futbolçu bildirib ki, “Arsenal” hələ də çempionluq şansını saxlayır:

“Arsenal"ın hələ də gələn həftə çempionluğu təmin etmək imkanı var. Hazırda bu barədə çox danışılmır, amma fakt budur ki, onlar 22 ildən sonra ilk titulu qazana bilərlər. Komanda bu matça məhz bu düşüncə ilə çıxmalıdır”, – deyə o bildirib.

Turnirdə mübarizə “Arsenal”ın “Bornmut”a 1:2 hesabı ilə məğlub olması və “Mançester Siti”nin “Çelsi” üzərində 3:0 qələbəsindən sonra daha da gərginləşib. Hazırda “şəhərlilər” bir oyun az keçirərək “topçular”dan 6 xal geri qalır. Komandalar aprelin 19-da “Etihad” stadionunda üz-üzə gələcəklər.

Eyni zamanda, London təmsilçisi “Arsenal” Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Sportinq”i qəbul etməzdən əvvəl vacib görüşə çıxacaq.







İngiltərə P.L.

“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”
"Məğlubiyyətə layiq deyildik"
  • İngiltərə P.L.
  • 22:05 12.04.2026
"Məğlubiyyətə layiq deyildik"