14 aprel 2026. Çərşənbə axşamı

“Mançester Yunayted”dən gözlənilməz məğlubiyyət


“Mançester Yunayted”dən gözlənilməz məğlubiyyət

İngiltərə Premyer Liqasının 32-ci turunda “Mançester Yunayted” və “Lids” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, görüş İngiltərənin Mançester şəhərində yerləşən “Old Trafford” stadionunda keçirilib. Matçı Lankaşirdən olan baş hakim Pol Tirni idarə edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 5-ci dəqiqəsində “Lids”in hücumçusu Noa Okafor komandasını hesabda irəli çıxarıb. 29-cu dəqiqədə o, dublunu rəsmiləşdirib. 56-cı dəqiqədə “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinez birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 69-cu dəqiqədə braziliyalı Kazemiro fərqi azaldıb.

Bu nəticədən sonra “Mançester Yunayted” 55 xalla turnir cədvəlinin 3-cü pilləsində qalıb. “Lids” isə 36 xalla 15-ci sırada yer alır.







İngiltərə P.L.

“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”
"Məğlubiyyətə layiq deyildik"
  • İngiltərə P.L.
  • 22:05 12.04.2026
"Məğlubiyyətə layiq deyildik"