15 aprel 2026. Çərşənbə

“Mançester Yunayted” Martinesin qırmızı vərəqəsinə etiraz edəcək


“Mançester Yunayted” Martinesin qırmızı vərəqəsinə etiraz edəcək

“Mançester Yunayted” İngiltərə çempionatının növbəti turunda doğma meydanda “Lids”ə 1:2 hesabı ilə məğlub olub.

90deqiqe.Az xəbər verir ki, görüşün ikinci hissəsində komandanın müdafiəçisi Lisandro Martines video təkrar sisteminin müdaxiləsindən sonra qırmızı vərəqə ilə meydandan qovulub. Argentinalı futbolçu rəqib oyunçu Dominik Kalvert-Lyuinin saçını dartdığı üçün cəzalandırılıb.

Məlumata görə, “Mançester Yunayted” bu qərarla razılaşmır və futbolçunun meydandan kənarlaşdırılması ilə bağlı apellyasiya şikayəti verməyə hazırlaşır.

Qeyd edək ki, oyundan sonra komandanın baş məşqçisi Maykl Kerrik də qırmızı vərəqə ilə bağlı narazılığını ifadə edib.

Hazırda “Mançester Yunayted” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”
“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”