8 noyabr 2026. Bazar günü

"Liverpul"un keçmiş oyunçusu karyerasını başa vurub


"Liverpul"un keçmiş oyunçusu karyerasını başa vurub

“Liverpul”un keçmiş yarımmüdafiəçisi Conjo Şelvi peşəkar futbolçu karyerasını başa vurub.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı ingiltərəli futbolçunun son klubu Birləşmiş Ərəb Əmirliklərinin üçüncü liqa təmsilçisi “Ərəbian Falkons” olub. O, hazırda həmin komandanın baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Şelvi “Vest Hem” və “Çarlton” akademiyalarının yetirməsidir. O, 2010–2013-cü illərdə “Liverpul”da çıxış edib, 2013–2016-cı illərdə “Swanzi”, 2016–2023-cü illərdə isə “Nyukasl”ın futbolçusu olub. Karyerasının son dövründə Türkiyədə “Rizespor” və “Eyüpspor” klublarında da oynayıb.

Qeyd edək ki, Şelvi karyerası ərzində İngiltərə milli komandasına çağırılmayıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”