- İngiltərə P.L.
- 23:44 15.04.2026
“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes mövsümün sonunda komandanı tərk edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçu ilə bağlı “Real”ın marağı fonunda belə bir ehtimal yaranıb.London klubu onun mümkün əvəzləyicisi kimi “Bornmut”un yarımmüdafiəçisi Aleks Skotu nəzərdən keçirir.
Bildirilir ki, “Çelsi” 22 yaşlı futbolçunun çıxışlarını bir müddətdir izləyir və artıq futbolçunun nümayəndələri ilə danışıqlara da başlayıb.
“Bornmut” isə oyunçunun satışından 50 milyon funt sterlinqdən çox gəlir əldə etmək niyyətindədir.
Aleks Skot 2023-cü ildə “Bristol”dan “Bornmut”a 23 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi 30 iyun 2028-ci il tarixinədək qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 34 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.