16 aprel 2026. Cümə axşamı

“Futbol odur, o isə futboldur”


“Futbol odur, o isə futboldur”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rayan Şerki baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında çalışması barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, Qvardiola ilə işləmək inanılmaz təcrübədir:

“Qvardiola dəlidir. O, futbola aşiqdir. Futbol odur, o isə futboldur. Onunla işləmək çox yaxşıdır, çünki biz hər saniyə, hər dəqiqə, bütün gün çalışırıq, çalışırıq, çalışırıq və çox məşq edirik. Mənim üçün bu daha da yaxşıdır, çünki mən daim yeni şeylər öyrənməyi sevirəm. Bu, inanılmazdır”, – deyə Şerki “Mançester Siti”nin mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, Rayan Şerki 2025-ci ildə “Lion”dan “Mançester Siti”yə 36 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi 30 iyun 2030-cu il tarixinədək qüvvədədir.

Cari mövsümdə fransalı futbolçu “şəhərlilər”in heyətində 43 oyuna çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”