8 noyabr 2026. Bazar günü

Maquayr “Çelsi” ilə oyunu buraxacaq


Maquayr “Çelsi” ilə oyunu buraxacaq

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasının 33-cü turunda “Çelsi”yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, İngiltərə Futbol Assosiasiyası futbolçunun cəzasının ləğv edilməməsi barədə qərar qəbul edib.

Maquayr 32-ci turda “Bornmut”la oyunda qırmızı vərəqə almışdı. O, meydandan qovulduqdan sonra dördüncü hakim Mett Donahüyə qarşı qeyri-etik ifadələr işlədib.

Cari mövsümdə müdafiəçi “Mançester Yunayted”in heyətində 20 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.

Transfermarkt portalının məlumatına görə, Maquayrın bazar dəyəri 10 milyon avrodur.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”