27 avqust 2026. Cümə axşamı

"Çelsi" Kaysedo ilə uzunmüddətli müqavilə imzaladı


"Çelsi" Kaysedo ilə uzunmüddətli müqavilə imzaladı

İngiltərənin "Çelsi" klubu futbolçusu Moyses Kaysedo ilə müqaviləni yeniləyib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi ilə yeni sözləşmə 2033-cü ilin iyun ayına qədər uzadılıb.

Qeyd edək ki, Moyses Kaysedo 2023-cü ilin yayında "Brayton"dan "Çelsi"yə transfer olunub. O, London təmsilçisinin heyətində uğurlu çıxışı ilə seçilərək UEFA Konfrans Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.

Yarımmüdafiəçi "zadəganlar"ın heyətində ümumilikdə 140 oyunda meydana çıxıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın