2 iyun 2026. Çərşənbə axşamı

"Arsenal"ın aparıcı futbolçusu "Mançester Siti" ilə oyunu buraxacaq


"Arsenal"ın aparıcı futbolçusu "Mançester Siti" ilə oyunu buraxacaq

"Arsenal"ın hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka artıq bir neçə həftədir zədə səbəbindən komandasına kömək edə bilmir.

90deqiqe.Az-ın məlumatına görə, London klubunun azarkeşləri futbolçunun İngiltərə Premyer Liqasının böyük oyunlarından biri – "Mançester Siti"yə qarşı matça qədər sağalacağına ümid edirdilər. Lakin bu baş verməyəcək.

Baş məşqçi Mikel Arteta mətbuat konfransında bildirib ki, Bukayo Saka bazar günü keçiriləcək oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Arsenal" 19 aprel tarixində səfərdə "Mançester Siti" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Hazırda "Arsenal" Premyer Liqada turnir cədvəlinə başçılıq edir, "Mançester Siti" isə bir oyun az keçirməklə liderdən 6 xal geri qalır.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"
“Onun liderliyini hamı görür”
  • İngiltərə P.L.
  • 23:49 29.05.2026
“Onun liderliyini hamı görür”