2 iyun 2026. Çərşənbə axşamı

“Dünya çempionatına düşmək üçün hər gün çalışıram”


“Dünya çempionatına düşmək üçün hər gün çalışıram”

İtaliyanın "Komo" klubunun əsas simalarından olan hücumameyilli yarımmüdafiəçi Niko Paz qarşıdan gələn dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçu bildirib ki, uşaq vaxtlarından televiziya vasitəsilə dünya çempionatının oyunlarını izləyib və bu turnirdə iştirak etməyi böyük arzu kimi görür.

Niko Paz qeyd edib ki, bu səviyyədə turnirdə oynamaq onun üçün inanılmaz bir hadisə olar və bunun üçün hər gün çalışır.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 35 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Argentina millisi qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə qarşılaşacaq.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"
“Onun liderliyini hamı görür”
  • İngiltərə P.L.
  • 23:49 29.05.2026
“Onun liderliyini hamı görür”