2 iyun 2026. Çərşənbə axşamı

“Belə oyunlar hər kəs üçün xüsusi əhəmiyyət daşıyır”


“Belə oyunlar hər kəs üçün xüsusi əhəmiyyət daşıyır”

“Liverpul”un hücumçusu Aleksandr İsak Premyer Liqanın 33-cü turu çərçivəsində “Everton”a qarşı keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, isveçli futbolçu bildirib ki, bu cür qarşılaşmalar həm azarkeşlər, həm də oyunçular üçün xüsusi əhəmiyyət daşıyır:

““Everton”a qarşı oyunlardakı statistikamı tam xatırlamıram. Amma bilirəm ki, bu cür matçlar həm azarkeşlər, həm də futbolçular üçün ən vacibləridir. Belə qarşılaşmalarda hər kəs iştirak etmək istəyir və ümid edirəm ki, bu dəfə uğur bizim tərəfimizdə olacaq. Sadəcə yaxşı oynamalı, əzmkarlıq göstərməli və birlikdə hərəkət etməliyik. Komandamız kifayət qədər ustalıqlıdır – bunu meydanda nümayiş etdirmək lazımdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Mersisayd derbisi bazar günü “Everton”un meydanında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Liverpul” hazırda turnir cədvəlində 52 xalla beşinci pillədə qərarlaşıb. “Everton” isə 47 xalla səkkizinci yerdədir.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"
“Onun liderliyini hamı görür”
  • İngiltərə P.L.
  • 23:49 29.05.2026
“Onun liderliyini hamı görür”