2 iyun 2026. Çərşənbə axşamı

“Qələbə üçün hər şeyi edəcəyik”


“Qələbə üçün hər şeyi edəcəyik”

“Çelsi”nin futbolçusu Ris Ceyms Premyer Liqanın növbəti turunda “Mançester Yunayted”ə qarşı keçiriləcək oyun öncəsi komandadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bildirib ki, son dövrlər azarkeşlər üçün asan olmayıb, lakin komandanın potensialına inanır:

“Bilirəm ki, son vaxtlar azarkeşlərimiz üçün vəziyyət çətin olub. Amma mən komandanın keyfiyyətini görürəm. Biz yenidən qələbələr qazanmaq və azarkeşlərimizə sevinc bəxş etmək üçün hər şeyi edəcəyik. Qarşıda hələ çox oyun var – biz bu matçlara maksimum qətiyyətlə yanaşmalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, London təmsilçisinin evdə keçirəcəyi qarşılaşma bu gün baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Rəqib “qırmızı şeytanlar” olacaq.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 32 turdan sonra 6-cı pillədə qərarlaşıb.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"
“Onun liderliyini hamı görür”
  • İngiltərə P.L.
  • 23:49 29.05.2026
“Onun liderliyini hamı görür”