3 iyun 2026. Çərşənbə

"Kazemiro həmişə həlledici qollar vurub"


"Kazemiro həmişə həlledici qollar vurub"

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik yarımmüdafiəçi Kazemironun oyun keyfiyyətlərini dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, braziliyalı futbolçu cərimə meydançasında və onun ətrafında oyunu yaxşı hiss edir:

“Onun cərimə meydançasında xüsusi duyumu var. Elə bir “altıncı hiss”ə sahibdir ki, bunu öyrətmək həmişə mümkün olmur. Düzgün mövqeni seçir, boşluqları hiss edir və hücumu soyuqqanlı şəkildə tamamlayır. O, həmişə həlledici qollar vurub”, – deyə Karrik qeyd edib.

Qeyd edək ki, cari mövsümdə Kazemiro “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"