26 sentyabr 2026. Şənbə

“Tottenhem” qələbəni əldən verdi


“Tottenhem” qələbəni əldən verdi

İngiltərə Premyer Liqasının 33-cü turunda “Tottenhem” doğma meydanda “Brayton” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 39-cu dəqiqədə meydan sahibləri açıb. Pedro Porro fərqlənib, ötürmə Xavi Simonsdan gəlib.

Fasiləyə az qalmış qonaqlar bərabərliyi təmin ediblər. Pascal Qrosun ötürməsindən sonra Kaoru Mitoma fərqlənib.

77-ci dəqiqədə “Tottenhem” yenidən önə keçib. Luka Berqvallın ötürməsindən sonra Xavi Simons qol vurub.

Lakin 90+5-ci dəqiqədə “Brayton” məğlubiyyətdən qaçıb. Jorjinyo Rütter bərabərlik qolunu vurub.

Qeyd edək ki, komandalar arasında ilk dövrədəki oyun da 2:2 hesabı ilə başa çatmışdı.







İngiltərə P.L.

“Arsenal”ın oyununda hakim səhv edib
  • İngiltərə P.L.
  • 23:28 23.09.2026
“Arsenal”ın oyununda hakim səhv edib