3 iyun 2026. Çərşənbə

“Qələbəyə layiq idik”


“Qələbəyə layiq idik”

"Tottenhem" baş məşqçisi Roberto De Zerbi "Brayton" ilə 2:2 başa çatan 33-cü tur matçından sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandasının nəticədən daha yaxşı oynadığını bildirib:

“Futbolçulara yazığım gəlir, çünki çox əziyyət çəkirlər. Bu oyunda qələbəyə layiq idik. ‘Brayton’u isə göstərdiyi səviyyəyə və oyun üslubuna görə təbrik edirəm.”

De Zerbi futbolçularını da tərifləyib:

“Onlarla qürur duyuram. Fantastik oyun göstərdilər və xarakter nümayiş etdirdilər. Bu nəticədən güclü olmalı və irəli baxmalıyıq. Növbəti oyuna, ‘Vulverhempton’a qarşı matça hazırlaşacağıq və qələbə qazanmağa çalışacağıq.”

Qeyd edək ki, “Tottenhem” 31 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Brayton” isə 41 xalla 10-cu yerdədir.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"