3 iyun 2026. Çərşənbə

“Liverpul”dan çətin qələbə


“Liverpul”dan çətin qələbə

İngiltərə çempionatının 2025/2026 mövsümünün 33-cü turu çərçivəsində keçirilən “Everton”– “Liverpul” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş Liverpul şəhərində yerləşən “Hill Dikinson” stadionunda baş tutub. Matçı baş hakim Kris Kavana idarə edib.

Hesabı 29-cu dəqiqədə Məhəmməd Salah açaraq qonaqları önə keçirib. 54-cü dəqiqədə Beto “Everton”un bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Vircil van Deyk qoyaraq “Liverpul”a qələbə qazandırıb.

Bu nəticədən sonra “Everton” 47 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb, “Liverpul” isə 55 xalla beşinci sırada yer alıb.

Növbəti turda “Everton” aprelin 25-də səfərdə Vest Hem Yunayted ilə üz-üzə gələcək. “Liverpul” isə həmin gün Kristal Pelas komandasını qəbul edəcək.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"