3 iyun 2026. Çərşənbə

“Komandaya kömək edib karyeramı gözəl bitirmək istəyirəm”


“Komandaya kömək edib karyeramı gözəl bitirmək istəyirəm”

“Liverpul”un hücumçusu Məhəmməd Salah komandasının "Everton" üzərində qələbəsindən sonra açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, misirli hücumçu gələcək planları barədə danışaraq komandasına Çempionlar Liqası vəsiqəsi qazandırmaq istədiyini bildirib.

“Ümid edirəm ki, qol vurmağa davam edəcəyəm və komandaya Çempionlar Liqasına vəsiqə qazanmaqda kömək edəcəyəm ki, karyeramı gözəl şəkildə başa vurum”, – deyə Salah jurnalist Fabritsio Romanoa istinadən bildirib.

Qeyd edək ki, “Liverpul” Mersisayd derbisində “Everton”u 2:1 hesabı ilə məğlub edib. Görüşdə Salah da fərqlənən oyunçulardan biri olub.

Cari mövsümdə 33 yaşlı futbolçu bütün turnirlərdə 38 oyuna çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

Hazırda “Liverpul” İngiltərə Premyer Liqasında 33 turdan sonra 55 xalla 5-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"