8 noyabr 2026. Bazar günü

Qvardiola Ferqyusonun Premyer Liqa rekordunu təkrarladı


Qvardiola Ferqyusonun Premyer Liqa rekordunu təkrarladı

“Mançester Siti” öz meydanında "Arsenal"ı 2:1 hesabı ilə məğlub edərək İngiltərə Premyer Liqasında itirilmiş xallar sayında bərabərləşib və çempionluq mübarizəsi daha da gərginləşib.

90deqiqe.Az "Opta"ya istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu nəticə ilə əfsanəvi mütəxəssis Ser Aleks Ferqyusonun rekordunu təkrarlayıb.

Belə ki, hər iki məşqçi Premyer Liqa tarixində ikinci yerdə olduqları mövsümlərdə liderlərə qarşı ən çox qələbə qazanan baş məşqçilər siyahısında yer alır. Qvardiola və Ferqyuson bu göstəricidə 4 qələbə ilə eyni nəticəyə sahibdirlər.

Mütəxəssislərin fikrincə, bu mövsüm çempionun taleyi hətta top fərqinə görə də müəyyən oluna bilər.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”