4 iyun 2026. Cümə axşamı

“Mançester Siti” ehtiyat oyunla “Arsenal”a yaxınlaşdı


“Mançester Siti” ehtiyat oyunla “Arsenal”a yaxınlaşdı

"Mançester Siti" İngiltərə Premyer Liqasının 33-cü turunda "Arsenal"ı 2:1 hesabı ilə məğlub edib və çempionluq mübarizəsini daha da qızışdırıb.

90deqiqe.Az xəbər verir ki, bu nəticədən sonra “Siti” turnir cədvəlində xal fərqini azaldaraq liderlə aradakı məsafəni 3 xala endirib. Komandanın bir oyunu da ehtiyatda qalır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolaın komandası mövsümün sonuna qədər bir neçə vacib oyun keçirəcək. “Siti” 22 aprel tarixində "Bernli" ilə səfərdə, 4 mayda "Everton" ilə, 9 mayda "Brentford"la, 17 mayda "Bornmut"la, 24 mayda isə "Aston Villa" ilə qarşılaşacaq.

Bundan əlavə, “Siti” təxirə salınmış "Kristal Pelas" matçını da keçirəcək. Oyunun tarixi daha sonra açıqlanacaq.

“Arsenal” isə mövsümün qalan hissəsində "Nyukasl", "Fulhem", "Vest Hem", "Bernli" və "Kristal Pelas" ilə üz-üzə gələcək.

Hazırda “Arsenal” 70 xalla liderdir, “Mançester Siti” isə 67 xalla ikinci pillədə qərarlaşıb.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"