8 noyabr 2026. Bazar günü

Berqkampın rekoru təkrarlandı


Berqkampın rekoru təkrarlandı

Arsenal İngiltərə Premyer Liqasının VII turunda “Mançester Yunayted”lə heç-heçə edib.

Corner.az xəbər verir ki, sözügedən qarşılaşmada London klubunun yeganə qolunu vuran Pyerr-Emerik Obameyanq bu mövsüm 7 çempionat oyununda 7-ci qolunu vurub.

Qabonlu futbolçu bu göstəricidə “Arsenal”ın keçmiş futbolçusu Dennis Berqkampın rekordunu yeniləyib. Sabiq hollandiyalı futbolçu 1997/98 mövsümüdə ilk 7 turda 7 qol vurmuşdu.

Qeyd edək ki, "Arsenal" hazırda 12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”