8 noyabr 2026. Bazar günü

“Bornmut” yeni baş məşqçisini açıqladı


“Bornmut” yeni baş məşqçisini açıqladı

“Bornmut” klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, klub gələn mövsümdən etibarən komandanı Marko Rozeyə həvalə edib.

Klubun rəsmi məlumatına görə, 49 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb və saziş 2025/2026 mövsümünün sonunda qüvvəyə minəcək.

Marko Roze daha əvvəl "Red Bull Salzburg", "Borussiya Mönhenqladbax", "Borussiya Dortmund" və "Leypsiq" klublarında çalışıb.

Qeyd edək ki, “Bornmut”un hazırkı baş məşqçisi Andoni Iraola mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”