21 aprel 2026. Çərşənbə axşamı

Ueyn Runi “Arsenal” azarkeşlərini tənqid etdi


Ueyn Runi “Arsenal” azarkeşlərini tənqid etdi

“Mançester Yunayted” və İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi “Arsenal”ın azarkeşlərinə müraciət edib.

90deqiqe.Az xəbər verir ki, Runi bildirib ki, “Arsenal” azarkeşləri komandanı daha aktiv şəkildə dəstəkləməlidirlər:

“Düşünürəm ki, ‘Arsenal’ azarkeşləri komandalarını daha çox dəstəkləməlidirlər. Mən onların ‘Bornmut’la oyunda komandanı fitə basdığını görmüşdüm. ‘Arsenal’ mövsüm boyu yüksək səviyyədə çıxış edib, sadəcə hazırda kiçik eniş dövrü yaşayır”.

O, həmçinin “Mançester Yunayted” azarkeşlərini misal gətirib: “Ten Haq və daha sonra Amorim dövründə çətin vaxtlar yaşandı, amma azarkeşlər məşqçiləri daim dəstəklədilər, tribunadan ruhlandırdılar və demək olar ki, heç vaxt fitə basmadılar”.

Premyer Liqanın son turunda Mikel Artetanın komandası “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.

Hazırda “Arsenal” Premyer Liqa cədvəlində 70 xalla birinci yerdədir. “Mançester Siti” isə 67 xalla ikinci pillədə qərarlaşıb və bir oyunu azdır.







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"