- İngiltərə P.L.
- 11:56 21.04.2026
İngiltərə Premyer Liqasında 2025/2026 mövsümündə ilk düşən komandanın adına aydınlıq gəlib.
90deqiqe.Az-ın məlumatına görə, XXXIII turun son oyununda "Vest Hem" ilə "Kristal Pelas" arasında qeydə alınan qolsuz heç-heçə (0:0) turnir cədvəlinin aşağı hissəsində vəziyyəti qəti şəkildə müəyyənləşdirib. Bu nəticədən sonra Vulverhempton Premyer Liqada qalmaq şanslarını rəsmən itirib.
Hazırda 17 xalla sonuncu – 20-ci pillədə qərarlaşan komanda mövsümün başa çatmasına bir neçə tur qalmış elitadan düşən ilk klub olub. Komandanı çalışdıran Rob Edvards üçün mövsüm uğursuz alınıb.
Qeyd edək ki, “Vulverhempton” 2018/2019 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edirdi. Klub uzun fasilədən sonra yenidən aşağı liqaya yuvarlanacaq.