8 noyabr 2026. Bazar günü

Venger APL-ni qazanacaq komandanın adını açıqlayıb


Venger APL-ni qazanacaq komandanın adını açıqlayıb

Məşhur fransız məşqçi, vaxtilə “Arsenal” klubuna rəhbərlik etmiş Arsen Venger İngiltərə Premyer Liqasında çempionluq mübarizəsinin nəticəsi ilə bağlı proqnoz verib.

90deqiqe.Az-ın məlumatına görə,  Vengerin sözlərinə görə, bu mövsüm çempionluğu “Arsenal” qazanacaq:

“Məncə, “Arsenal” çempion olacaq. Buna ürəkdən inanıram. Mənim fikrimcə, bu, məntiqli görünür. “Mançester Siti” mövsümün sonunu xal itirmədən tamamlaya bilməyəcək”, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, hazırda “topçular” “Mançester Siti”ni üç xal qabaqlayır, lakin “şəhərlilər”in ehtiyatda bir oyunu da var.

“Mançester Siti” 22 apreldə doğma meydanda “Bernli” ilə qarşılaşacaq. “Arsenal” isə növbəti turda “Nyukasl”ı qəbul edəcək.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”