- İngiltərə P.L.
- 23:59 21.04.2026
“Çelsi”nin sabiq futbolçusu Floran Maluda klubun hazırkı cinah oyunçusu Estevaonun keçmiş ulduz Eden Hazardla müqayisə olunmasına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, 45 yaşlı sabiq futbolçu bu cür müqayisələrin futbolçuya kömək etməyəcəyini deyib:
“Estevaonu Hazardla müqayisə etmək düzgün deyil. Bu, ona fayda verməyəcək. Hazard əfsanəvi futbolçudur, çoxsaylı titullar qazanıb və böyük töhfə verib. Amma kontekst tamamilə fərqlidir”, – deyə o bildirib.
Qeyd edək ki, Estevao 2025-ci ildə Braziliyanın “Palmeyras” klubundan “Çelsi”yə 47 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsi 2033-cü il iyunun 30-na qədər nəzərdə tutulub.
Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.