- İngiltərə P.L.
- 23:59 21.04.2026
“Çelsi”nin sabiq qapıçısı Petr Çex London klubunun cari mövsümdəki çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Çex bildirib ki, komandanın sabitlik problemi və heyətdə tez-tez baş verən dəyişikliklər nəticələrə təsir edir:
“Bu gün baxanda görürük ki, komanda sabit deyil. Mövsüm ərzində çoxlu məşqçi dəyişiklikləri və heyət rotasiyaları oldu. Bu isə komandanın öz nüvəsini formalaşdırmasına imkan vermir. Belə vəziyyət vaxt tələb edir. Hazırda “Çelsi” nə “Mançester Siti”yə, nə də “Arsenal”a ciddi rəqabət apara biləcək sabitlikdə görünmür. Komandada çox istedad var, amma təcrübə çatışmazlığı hiss olunur və bu da xallar itirmələrinə səbəb olur”, – deyə o bildirib.
Qeyd edək ki, hazırda “Çelsi” İngiltərə Premyer Liqasında 33 turdan sonra 48 xalla 6-cı pillədə qərarlaşıb.