- İngiltərə P.L.
- 01:09 22.04.2026
“Arsenal” İngiltərə çempionatında ən çox liderlik edib, lakin sonda çempionluğu əldə edə bilməyən komanda kimi diqqət çəkir.
90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, Mikel Artetanın komandası 2022/2023 mövsümündə 248 gün turnir cədvəlinə başçılıq etsə də, sonda ikinci yeri tutub.
Siyahıda ikinci yerdə “Nyukasl” qərarlaşıb. Klub 1995/1996 mövsümündə 212 gün lider olub və mövsümü ikinci pillədə tamamlayıb.
Üçüncü sırada yenə “Arsenal” yer alır. London klubu cari mövsümdə 200 gün lider olsa da, hələ yekun nəticə açıqlanmayıb.
Daha sonra 1997/1998 mövsümündə “Mançester Yunayted” 187 gün lider olub və ikinci yeri tutub. 2007/2008 mövsümündə “Arsenal” 156 gün birinci yerdə olub və mövsümü üçüncü pillədə başa vurub. 2018/2019 mövsümündə isə “Liverpul” 141 gün liderlik etsə də, ikinci yeri tutub.