6 iyun 2026. Şənbə

“Lester” İngiltərənin üçüncü divizionuna yuvarlandı


“Lester” İngiltərənin üçüncü divizionuna yuvarlandı

“Lester” İngiltərənin üçüncü divizionuna yuvarlanıb.

90deqiqe.Az-ın məlumatına görə,  sözügedən komanda Çempionşipdə keçirdiyi 44 oyundan sonra 42 xal toplayaraq turnir cədvəlinin 23-cü – sondan birinci pilləsində qərarlaşıb. Mövsümün başa çatmasına iki tur qalsa da, “tülkülər”in liqada qalmaq şansı riyazi olaraq tükənib.

21-ci pillədə yer alan “Blekbern Rovers” 44 oyundan sonra 49 xal toplayıb.

Qeyd edək ki, “Lester” ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış edib. Komanda 25 xalla 18-ci yeri tutaraq aşağı liqaya düşmüşdü.

Bundan əlavə, klub 2023/2024 mövsümündə maliyyə qaydalarını pozduğuna görə fevral ayında 6 xaldan məhrum edilmişdi.

Xatırladaq ki, “Lester” 2015/2016 mövsümündə Klaudio Ranierinin rəhbərliyi altında 81 xalla İngiltərə çempionu olmuşdu.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu