- İngiltərə P.L.
- 01:09 22.04.2026
İngiltərə Premyer Liqasının 34-cü turunda “Brayton” öz meydanında “Çelsi”ni qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab erkən açılıb. Artıq 3-cü dəqiqədə Ferdi Kadıoğlu fərqlənərək “qağayılar”ı önə çıxarıb. 56-cı dəqiqədə Cek Hinşelvud üstünlüyü iki topa çatdırıb. Qarşılaşmanın sonlarında, 90+1-ci dəqiqədə Denni Uelbek yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Brayton” xallarını 50-yə çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Çelsi” isə 48 xalla 7-ci yerdə qərarlaşıb.