27 avqust 2026. Cümə axşamı

“Çelsi” baş məşqçi Liam Rosenyorla yollarını ayırdı


“Çelsi” baş məşqçi Liam Rosenyorla yollarını ayırdı

İngiltərə təmsilçisi “Çelsi” baş məşqçi Liam Rosenyor ilə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, London klubu mütəxəssisə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və onun peşəkarlığını yüksək qiymətləndirib.

Qərarın asan verilmədiyi vurğulanıb. Qeyd olunub ki, son nəticələr və komandanın çıxışı klubun gözləntilərindən aşağı olub.

Mövsümün sonunadək “zadəganlar”ı müvəqqəti olaraq Kallum MakFarlan çalışdıracaq.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında 48 xalla 7-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın