23 aprel 2026. Cümə axşamı

“Çelsi" yeni baş məşqçi axtarışında


“Çelsi" yeni baş məşqçi axtarışında

Liam Rosenyorla yollarını ayıran “Çelsi” baş məşqçi postu üçün axtarışlara başlayıb.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə,  London klubu ingilis mütəxəssisin əvəzinə Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Edin Terziçi nəzərdən keçirir.

Almaniyalı mütəxəssis 2024-cü ildən işsizdir və gələcəyi ilə bağlı hələ qərar verməyib. Onun “Çelsi”də işləməyə maraqlı olub-olmadığı da məlum deyil.

Edin Terziçin son iş yeri Dortmund “Borussiya”sı olub. O, 2022–2024-cü illərdə bu komandaya rəhbərlik edib. 43 yaşlı mütəxəssis baş məşqçi kimi yalnız bu klubda çalışıb, digər komandalarda isə köməkçi məşqçi və texniki direktor vəzifələrində fəaliyyət göstərib.

Terziçin rəhbərliyi altında “Borussiya” Almaniya Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalına yüksəlib.







İngiltərə P.L.

Naqelsmann “Çelsi”dən də imtina etdi
  • İngiltərə P.L.
  • 23:52 22.04.2026
Naqelsmann “Çelsi”dən də imtina etdi
“Çelsi" yeni baş məşqçi axtarışında
  • İngiltərə P.L.
  • 22:27 22.04.2026
“Çelsi" yeni baş məşqçi axtarışında
“Brayton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 01:09 22.04.2026
“Brayton” “Çelsi”ni darmadağın etdi