- İngiltərə P.L.
- 23:52 22.04.2026
Bu gün “Mançester Siti” İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Bernli” ilə qarşılaşacaq.
90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, matçdan əvvəl “Bernli”nin müdafiəçisi Kayl Uoker fikirlərini bölüşüb.
“Özümüzü ən yaxşı tərəfimizdən göstərməliyik. ‘Tarf Mur’da onlara heç kim qırmızı xalça sərməyəcək. Oyunu çətinləşdirməli, matçı özümüzünküləşdirməli və onların hücum dalğalarını öz meydanımızda dayandırmağı bacarmalıyıq”, – deyə Uoker bildirib.
Qeyd edək ki, o, əvvəllər “Mançester Siti”də də çıxış edib.Qələbə qazanacağı təqdirdə Xosep Qvardiolanın komandası London “Arsenal”ı ilə xal baxımından bərabərləşəcək.
“Bernli” isə elit divizionda qalmaq uğrunda mübarizədə demək olar ki, şansını itirib və hazırda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.