- İngiltərə P.L.
- 01:05 23.04.2026
Liam Rosenyorun istefasından sonra “Çelsi” yeni baş məşqçi axtarışındadır.
90deqiqe.Az-ın “The Times”ə istinadən məlumatına görə, hazırda yüksək səviyyəli mütəxəssislərdən heç biri London klubunda işləməyə xüsusi maraq göstərmir.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann potensial namizədlər arasında göstərilsə də, o artıq İngiltərə Premyer Liqasına keçmək istəmədiyini bildirib.
“Çelsi” ilə işləmək üçün daha təcrübəli və yaşlı futbolçuların transferinə imkan verilmədiyi halda heç bir məşqçi bu vəzifəni qəbul etməz”, – deyə mənbə bildirib.
Digər variantlar arasında “Real Madrid”dən ayrıldıqdan sonra işsiz olan Xabi Alonso, “Bornmut”u mövsümün sonunda tərk edəcəyi gözlənilən Andoni İraola və hazırda İtaliyanın “Komo” klubunu çalışdıran Sesk Fabreqasın adları çəkilir.