7 iyun 2026. Bazar günü

Halandın qolu “Mançester Siti”ni Premyer Liqada liderliyə yüksəltdi


Halandın qolu “Mançester Siti”ni Premyer Liqada liderliyə yüksəltdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 34-cü turunda “Bernli” və “Mançester Siti” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun Bernlidə yerləşən “Turf Mur” stadionunda keçirilib. Matçı baş hakim Endryu Medli (Qərbi Yorkşir) idarə edib. Görüş “Mançester Siti”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 5-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Erlinq Haland vurub.

“Bernli” 34 turdan sonra 20 xalla turnir cədvəlinin 19-cu, yəni sondan əvvəlki pilləsində qərarlaşıb.

“Mançester Siti” isə 70 xalla birinci pilləyə yüksəlib. Eyni xala malik London “Arsenal”ı isə ikinci yerdə qərarlaşıb.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu