23 aprel 2026. Cümə axşamı

“Bornmut” “Lids”lə heç-heçə etdi


“Bornmut” “Lids”lə heç-heçə etdi

İngiltərə Premyer Liqasının 34-cü turunda “Bornmut” öz meydanında “Lids”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Birinci hissədə tərəflər qapılara yol tapa bilməyib. Oyunun ən maraqlı anları ikinci hissədə yaşanıb.

60-cı dəqiqədə ev sahibləri hesabı açıblar. Markos Senesinin ötürməsindən sonra Eli Krupi fərqlənib. 68-ci dəqiqədə Ceyms Hill qonaqlara bərabərlik gətirib. Ardınca “Bornmut”dan Rayan qol vuraraq komandasını yenidən önə keçirib.

Matçın 7-ci əlavə dəqiqəsində isə “Lids” Şon Lonqstaffın qolu ilə məğlubiyyətdən xilas olub.

“Bornmut” 49 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Lids” isə 40 xalla 15-ci yerdədir.







İngiltərə P.L.

“Bornmut” “Lids”lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 01:05 23.04.2026
“Bornmut” “Lids”lə heç-heçə etdi
Naqelsmann “Çelsi”dən də imtina etdi
  • İngiltərə P.L.
  • 23:52 22.04.2026
Naqelsmann “Çelsi”dən də imtina etdi
“Çelsi" yeni baş məşqçi axtarışında
  • İngiltərə P.L.
  • 22:27 22.04.2026
“Çelsi" yeni baş məşqçi axtarışında
“Brayton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 01:09 22.04.2026
“Brayton” “Çelsi”ni darmadağın etdi