- İngiltərə P.L.
- 23:20 23.04.2026
“Çelsi” klubunda hazırkı sahibi Tod Boli və onun şirkəti dövründə baş məşqçilərin orta iş müddəti 258 gün təşkil edir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Bu göstərici Roman Abramoviçin rəhbərliyi dövrü ilə müqayisədə təxminən iki dəfə azdır. Belə ki, rusiyalı iş adamının vaxtında “Çelsi”də bir baş məşqçi orta hesabla 529 gün çalışırdı.
Xatırladaq ki, Boli 2022-ci ildən klubun sahibidir və bu müddət ərzində “zadəganlar” artıq beş baş məşqçi dəyişib. Müxtəlif vaxtlarda komandanı Tomas Tuhel, Qrem Potter, Maurisio Poçettino, Entso Mareska və Liam Rozinyer çalışdırıb. Sonuncu mütəxəssis cəmi 108 gün işlədikdən sonra aprelin 22-də vəzifəsindən azad olunub.