8 iyun 2026. Bazar ertəsi

Mareska “Mançester Siti”də Qvardiolanı əvəzləməyə əsas namizəddir


Mareska “Mançester Siti”də Qvardiolanı əvəzləməyə əsas namizəddir

İtaliyalı mütəxəssis Enzo Mareska “Mançester Siti”nin baş məşqçi postuna əsas namizəd hesab olunur.

90deqiqe.Az-ın “The Guardian”a istinadən məlumatına görə, “şəhərlilər” cari mövsümün sonunda Xosep Qvardiolanın mümkün gedişinə hazırlaşır.

Mənbənin məlumatına görə, hazırda Mareska ilə “Mançester Siti” arasında danışıqlar müsbət istiqamətdə davam edir. Müqavilənin imzalanmasında əsas çətinlik onun “Çelsi” ilə hələ də qüvvədə olan öhdəliklərinin qalması ilə bağlıdır.

Mareska 2022–2023-cü illərdə “Mançester Siti”də Qvardiolanın köməkçisi kimi çalışıb. İtaliyalı mütəxəssis bu ilin yanvarında “Çelsi”dən ayrılıb.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu