25 aprel 2026. Şənbə

“Artıq dörd ildir buradayam və hər dəfə mövsümü..."


“Artıq dörd ildir buradayam və hər dəfə mövsümü..."

"Arsenal" klubunun müdafiəçisi Uilyam Saliba İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi ilə bağlı fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, futbolçu bildirib ki, komanda ilə birlikdə uzun müddətdir zirvəyə yaxın olsa da, həlledici uğur hələ qazanılmayıb:

“Artıq dörd ildir buradayam və hər dəfə mövsümü ikinci yerdə bitirmişəm. Bu mövsüm bunu dəyişsək, həm klub, həm də mənim üçün böyük uğur olacaq. Buna inanıram”.

Qeyd edək ki, 33 turdan sonra İngiltərə Premyer Liqası turnir cədvəlində “Arsenal” 70 xalla ikinci pillədə qərarlaşıb və lider "Mançester Siti" ilə eyni xala malik olsa da, əlavə göstəricilərə görə geridədir.

Xatırladaq ki, aprelin 25-də Mikel Artetanın komandası doğma meydanda Newcastle Unitedı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.







İngiltərə P.L.

"Mainu çox istedadlı futbolçudur”
  • İngiltərə P.L.
  • 16:02 25.04.2026
"Mainu çox istedadlı futbolçudur”
“Bornmut” “Lids”lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 01:05 23.04.2026
“Bornmut” “Lids”lə heç-heçə etdi