- İngiltərə P.L.
- 17:10 25.04.2026
“Mançester Yunayted” klubunun şərik sahibi Cim Ratkliff sabiq İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin klubun baş məşqçisi vəzifəsi üçün uyğun namizəd olduğunu düşünməyə davam edir.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, Ratkliff gələn mövsüm üçün Sautqeytin namizədliyinin müzakirəyə çıxarılmasını təşəbbüs edir. Bununla belə, əsas favorit hazırkı baş məşqçi Maykl Kerrik olaraq qalır.
Məlumata görə, “Mançester Yunayted”in qısa siyahısında həmçinin İngiltərə və Almaniya milli komandalarının baş məşqçiləri Tomas Tuxel və Yulian Naqelsmann, eləcə də Unay Emeri və Andoni Iraola yer alır.
Klubun yekun qərarının mövsümün sonunda veriləcəyi bildirilir.