- İngiltərə P.L.
- 18:42 25.04.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 34-cü turunda “Fulhem” “Aston Villa”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Kreyven Kottecdə keçirilən qarşılaşmanı Maykl Oliver idarə edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini həll edən yeganə qolu 43-cü dəqiqədə Rayan Sesenyon vurub.
Bu nəticədən sonra “Fulhem” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Eyni xala malik “Brentford” və “Çelsi” də yaxın mövqelərdə qərarlaşıb.
“Aston Villa” isə 58 xalla 4-cü sıradadır. Bir oyun ehtiyatı olan “Liverpul” rəqibindən üç xal geri qalır.