- İngiltərə P.L.
- 22:45 25.04.2026
İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən “Arsenal” – “Nyukasl” qarşılaşmasının ilk hissəsində meydan sahibləri üçün xoşagəlməz hadisə yaşanıb.
90deqiqe.Az-ın məlumatına görə, belə ki, oyunun ilk hissəsində baş məşqçi Mikel Arteta heyətdə məcburi dəyişikliyə əl atmalı olub. Buna səbəb yarımmüdafiəçi Kay Havertsin zədələnməsi olub. Alman futbolçu görüşü davam etdirə bilməyərək erkən əvəzlənib.
Qeyd edək ki, Haverts son illərdə tez-tez zədələrlə üzləşir. Cari mövsümdə o, “Arsenal”ın heyətində cəmi 20 oyunda iştirak edə bilib. Futbolçunun uzun müddətini zədə səbəbindən kənarda keçirməsi komanda üçün ciddi itki kimi qiymətləndirilir.